DÇ-də 2-ci tura yekun vurulur
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün II tura yekun vurulacaq.
Qazet.az-ın məlumatına görə, G və H qruplarında ümumilikdə 4 oyun keçiriləcək.
Günün ilk matçı G qrupunda Kamerun və Serbiya yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə Braziliya İsveçrəni sınağa çəkəcək.
H qrupunda Cənubi Koreya Qana ilə, Portuqaliya isə Uruqvayla münasibətlərinə aydınlıq gətirəcək.
DÇ-2022
Qrup mərhələsi, II tur
G qrupu
14:00. Kamerun - Serbiya
20.00. Braziliya - İsveçrə
Xal durumu: Braziliya - 3, İsveçrə - 3, Kamerun - 0, Serbiya - 0.
H qrupu
17:00. Cənubi Koreya- Qana
23:00. Portuqaliya - Uruqvay
Xal durumu: Portuqaliya - 3, Uru0vay - 1, Cənubi Koreya - 1, Qana - 0
Qeyd edək ki, hələlik yalnız Fransa millisi pley-offa vəsiqəni təmin edib.