DÇ-də ən çox kapitan olan futbolçular
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.
Qazet.az IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, mundiallarda kapitan kimi ən çox meydana çıxan oyunçuların siyahısı tərtib olunub.
İlk pillədə Argentina yığmasının əfsanəvi hücumçusu Dieqo Maradona qərarlaşıb. Mərhum forvard finallarda 16 dəfə kapitanlıq sarğısını taxıb.
İkinci sırada meksikalı Rafael Markes (15), üçüncü mövqedə isə italiyalı qapıçı Dino Zoff (14) yer alıb.
Argentina millisinin hazırkı kapitanı Lionel Messi və Portuqaliya yığmasından Kriştianu Ronaldu DÇ-2022-də iştirak edəcəkləri halda Maradonanın rekorduna çata bilərlər.
Futbolçu |
Ölkə |
Oyun |
Turnir |
|
1 |
Dieqo Maradona |
Argentina |
16 |
1982(0), 1986(7), 1990(7), 1994(2) |
2 |
Rafael Markez |
Meksika |
15 |
2002(4), 2006(4), 2010(2), 2014(4), 2018(1) |
3 |
Dino Zoff |
İtaliya |
14 |
1974(0), 1978(7), 1982(7) |
4 |
Kazimirz Deyna |
Polşa |
13 |
1974(7), 1978(6) |
Paolo Maldini |
İtaliya |
13 |
1990(0), 1994(4), 1998(5), 2002(4) |
|
Filipp Lam |
Almaniya |
13 |
2006(0), 2010(6), 2014(7) |
|
7 |
Ladislav Novak |
Çexoslovakiya |
12 |
1954(2), 1958(4), 1962(6) |
Uve Siler |
Almaniya |
12 |
1958(0), 1962(0), 1966(6), 1970(6) |
|
Daniel Pazzarella |
Argentina |
12 |
1978(7), 1982(5) |
|
Lotar Matteus |
Almaniya |
12 |
1982(0), 1986(0), 1990(7), 1994(5), 1998(0) |
|
Lionel Messi |
Argentina |
12 |
2006(0), 2010(1), 2014(7), 2018(4) |
|
12 |
Dunqa |
Braziliya |
11 |
1990(0), 1994(4), 1998(7) |
Kafu |
Braziliya |
11 |
1994(0), 1998(0), 2002(7), 2006(4) |
|
İker Kasilyas |
İspaniya |
11 |
2002(0), 2006(2), 2010(7), 2014(2) |
|
Kristiano Ronaldu |
Portugal |
11 |
2006(0), 2010(4), 2014(3), 2018(4) |