Bakı 9˚C Intermittent clouds

DÇ-də ən uzun müddət qol buraxmayan qapıçılar

İdman 11:22 14 noy, 2022
DÇ-də ən uzun müddət qol buraxmayan qapıçılar

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

Qazet.az-ın məlumatına görə, mundiallarda qapısını ən uzun müddət toxunulmaz saxlayan çərçivə qoruyucuları açıqlanıb.

İtaliya millisinin sabiq oyunçusu Valter Zenqa 1990-ci ildəki turnirdə ardıcıl 516 dəqiqə qapısını toxunulmaz saxlayıb.

62 yaşlı veteran qolkiper həmin vaxt 5 qarşılaşmada qol buraxmayıb.

Ümumilikdə bütün dünya çempionatları tarixində yalnız 9 çərçivə qoruyucusu 400 və daha artıq dəqiqə qol buraxmadan dayanıb.

Mundialların seçmə mərhələsində isə ən çox qapısını toxunulmaz saxlayan qapıçı Yeni Zelandiyadan olan Riçard Uilsondur. O, 1982-ci ildəki yarışın seçmə mərhələsində 921 dəqiqə qapısında qol görməyib.

 

Futbolçu

Ölkəsi

Dəqiqə

Seriyanın başlaması

Bitməsi

1

Valter Zenga

İtaliya

516

09/06/1990

03/07/1990

2

Piter Şilton

İngiltərə

500

16/06/1982

03/06/1986

3

İker Kasilyas

İspaniya

476

25/06/2010

13/06/2014

4

Zepp Mayer

Almaniya

474

07/07/1974

18/06/1978

5

Canluici Buffon

İtaliya

459

17/06/2006

09/07/2006

6

Emerson Leao

Braziliya

457

03/06/1978

21/06/1978

7

Qordon Benks

İngiltərə

441

11/07/1966

26/07/1966

8

Oliver Kan

Almaniya

426

05/06/2002

30/06/2002

9

Karlos

Braziliya

400

01/06/1986

21/06/1986