DÇ-də iştirak etməyən bahalı futbolçular
Qətərdə keçirilən dünya çempionatında mübarizəni davam etdirən komandaların indiyədək şans vermədiyi futbolçuların sayı bəlli olub.
Qazet.az-ın məlumatına görə, 8 komanda ümumilikdə 34 oyunçunu meydana buraxmayıb.
Xorvatiya yığması bu göstəriciyə görə birinci pillədə qərarlaşıb. Baş məşqçi Zlatko Daliç hələlik 8 futbolçusuna güvənməyib. Digər 1/4 finalçılardan Niderland 7, İngiltərə 6, Argentina və Mərakeş 5, Portuqaliya 2, Fransa isə 1 oyunçudan yararlanmayıb. Yalnız Braziliya millisində heyətin bütün üzvləri mundial həyəcanı yaşayıb.
DÇ-2022 üçün heyətə cəlb olunan, lakin hələlik debüt etməyən ən bahalı futbolçular:
1. Ceyms Maddison (İngiltərə) - 55 milyon avro
2. Ben Uayt (İngiltərə) - 45 milyon avro
3. Xoakin Korrea (Argentina) - 40 milyon avro
4. Konor Qallaher (İngiltərə) - 32 milyon avro
5. Paulo Dibala (Argentina) - 30 milyon avro
6. Aaron Ramsdeyl (İngiltərə) - 30 milyon avro
7. Xuan Foit (Argentina) - 25 milyon
8. Ceremi Frimponq (Niderland) - 25 milyon avro
9. Tyrell Malasia (Niderland) - 22 milyon avro
10 Luka Suçiç (Xorvatiya) - 20 milyon avro
Bunlardan ingiltərəli Ben Uayt qrup oyunlarından sonra şəxsi səbəblərə görə yığmanın düşərgəsini tərk edib. Onun həmyerlisi Maddison 26 yaşı olmasına baxmayaraq, millidə cəmi bir görüşdə meydana çıxıb.
Daha əvvəl dünya çempionatlarında oynamış, lakin hazırkı turnirdə forma şansı əldə edə bilməyən beş oyunçu var.
1. Stefan de Vrey (Niderland) - DÇ-2014-də yeddi oyun
2. Domaqoy Vida (Xorvatiya) - DÇ-2018-də altı oyun
3. Ruy Patrisiu (Portuqaliya) - DÇ-2014 və DÇ-2018-də beş oyun
4. Franko Armani (Argentina) - DÇ-2018-də iki oyun
5. Paulo Dibala (Argentina) - DÇ-2018-də bir oyun
Qeyd edək ki, 1/4 final mərhələsinin matçları dekabrın 9-da və 10-da gerçəkləşəcək.