DÇ-də qapıçı rekordu
İdman
11:30 06 dek, 2022
Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç dünya çempionatlarının tarixinə düşüb.
Qazet.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qolkiper buna Qətərdə keçirilən mundialın 1/8 finalında Yaponiya ilə oyunda nail olub.
Livakoviç əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın penaltilər seriyasında üç zərbəni dəf edib. O, turnirlər ərzində ilk iki penaltini qaytaran yeganə qapıçıdır.
Xorvatiyalı oyunçudan başqa həmyerlisi Daniel Subaşiç və portuqaliyalı Rikardu da penaltilər seriyasında üç qurtarışla yadda qalmışdı.
Qapıçılar | Ölkə | Qurtarış | Vaxt | Game |
Rikardu | Portuqaliya | 3 | 01/07/2006 | England 0-0 (p 3-1) |
Daniel Subaşiç | Xorvatiya | 3 | 01/07/2018 | Denmark 1-1 (p 3-2) |
Dominik Livakoviç | Xorvatiya | 3 | 05/12/2022 | Japan 1-1 (p 3-1) |