Bakı 17˚C Sunny

DÇ-də qol rekordu

İdman 09:20 19 dek, 2022
DÇ-də qol rekordu

Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatında qol sayında rekord qeydə alınıb.

Qazet.az-ın məlumatına görə, mundialda ümumilikdə qapılara 172 qol vurulub.

1998 və 2014-cü ildəki yarışda oyunçular 171 dəfə fərqləniblər.

Bundan əlavə, turnir tarixində ilk dəfə bombardirlər eyni klubu (PSJ, Fransa) təmsil edib. Argentinalı Lionel Messi 7, fransalı Kilian Mbappe 8 qola imza atıb.

Qeyd edək ki, Argentina yığması finalda Fransanı məğlubiyyətə uğradıb.