DÇ-də yeni rekord
İdman
10:25 25 noy, 2022
Kamerun millisinin qapıçısı Andre Onana Qətərdə keçirilən dünya çempionatında yeni rekorda imza atıb.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın "İnter" klubunda çıxış edən 26 yaşlı qolkiper buna İsveçrəyə qarşı I tur oyununda nail olub.
Onana cərimə meydançasından kənarda 26 dəfə topa toxunuş edib. Bu isə mundiallar tarixində rekord göstəricidir. Oyunçu bu matçda ümumilikdə 61 dəfə topa toxunub.
Qeyd edək ki, görüş Kamerunun 0:1 hesablı məğlubiyyəti ilə bitib.