Bakı 3˚C Mostly sunny

De Brüyne hamını qabaqladı

Xəbərlər 22:41 15 sen, 2022
De Brüyne hamını qabaqladı

Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Qazet.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, "Mançester Siti"nin futbolçusu Kevin de Brüyne olub. 31 yaşlı yarımmüdafiəçi "Bavariya"dan Camal Musiala, PSJ-dən Kilian Mbappe və "Brügge"dən Ferran Hutqlanı qabaqlayıb.

Qeyd edək ki, De Brüyne ötən gecə "Borussiya" (Dortmund) ilə görüşdə (2:1) məhsuldar ötürmə ilə yadda qalıb.