Dəfn mərəsimində 14 nəfər həyatını itirdi
Gündəm
10:23 29 noy, 2022
Kamerunun paytaxtı Yaoundedə ötən gün baş verən sürüşmə nəticəsində 14 nəfər həyatını itirib.
Qazet.az xəbər verir ki, bölgə qubernatoru Naseri Paul Bea verdiyi açıqlamaya görə, hadisə dəfn mərasimi zamanı baş verib.
Adını açıqlamaq istəməyən hadisə şahidi isə Anadolu Agentliyinə (AA) dəfn mərasimi zamanı torpaq sürüşməsinin baş verdiyini və ən azı 30 nəfərin həyatını itirdiyini bildirib.