Bakı 7˚C Sunny

Dəfnə etiraz olaraq özünü yandırdı

Maraqlı 11:55 21 sen, 2022
Dəfnə etiraz olaraq özünü yandırdı

İyul ayında öldürülən Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin dəfn mərasiminə etiraz etmək üçün bir nəfər özünü yandırıb.

Qazet.az xəbər verir ki, şahidlər Tokioda baş nazirin ofisi yaxınlığında özünü yandıran bir adamı gördükdən sonra polisə müraciət ediblər.

Polislər alovu söndürüb və huşunu itirmiş kişini xəstəxanaya çatdırıblar.

Yapon mediası bildirir ki, həmin şəxs təxmini 70 yaşı var.

Hökumət hələlik etirazla bağlı şərh verməyib.

Lakin son aylarda dövlətin dəfn mərasiminin keçirilməsinə ictimai etirazlar güclənib, sorğular seçicilərin əksəriyyətinin xərclərdən narazı olduğunu göstərib.

Abe iyulun 8-də 67 yaşında siyasi partiyasının kampaniyası zamanı güllələnib.