Bakı 7˚C Dreary

Dəhliz darmadağını: Əliyev ilk dəfə Brüsseldə elan etdi!

Siyasət 19:12 15 dek, 2021

 Zəngəzur yolu 10 noyabr bəyanatına salınmamışdı və ermənilər də Laçın dəhlizindən rahat istifadə etməkdə idilər

Dəhliz darmadağını: <span style="color:red">Əliyev ilk dəfə Brüsseldə elan etdi!</span>

İndi də Prezident İlham Əliyevin Brüsseldə Laçın və Zəngəzur yollarının eyni olması barədə səsləndirdiyi fikrə etiraz başlayıb. Bəziləri bundan da İlham Əliyevə qarşı istifadə etməyə bəhanə tapıb.

Tam bir ildir biz 10 noyabr bəyanatında Laçın dəhlizi və Zəngəzur yolunun mahiyyətcə eyni olduğu, Laçın dəhlizinə aid edilən bütün şərtlərin Zəngəzur yoluna da aid edildiyini bildirir və bu səbəbdən də cəsarətlə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolu “dəhliz” adlandırırdıq. 10 noyabr 2020-ci il bəyanatının 6 və 9-cu bəndlərini müqayisə etmək bu baxımdan kifayətdir.

İlk dəfə olaraq İlham Əliyev ötən gün Brüsseldə bunu ən yüksək kürsüdən elan etdi – indiyə qədər bu müqayisə bu qədər uca səslə, açıq və aydın deyilməmişdi. Bir illik təbliğatımızın təntənəsidir!

İlham Əliyev həqiqəti, doğrunu və bəyanatın məntiqini ortaya qoydu, həm də kimsənin gözləmədiyi vaxtda və məkanda!

Ancaq indi də buna etiraz edilir. Məntiqsizdirmi? Etiraz həqiqəti əks etdirmirmi?

Etdirir - etirazın kifayət qədər məntiqi və hüquqi əsasları var. Doğrudan da Laçın “dəhlizi” Ermənistanın Azərbaycanın bir regionunda məskunlaşan kiçik erməni icması ilə maneəsiz əlaqəsini təmin edir, Zəngəzur isə Azərbaycanın bir bölgəsi ilə digər bölgəsini birləşdirməlidir! Yəni Azərbaycan Zəngəzur dəhlizi ilə öz ərazisindən öz ərazisinə gedir – necə ki, Rusiya Kalininqrada dəhlizlə çıxır; Laçın dəhlizinin məntiqi isə yoxdur: necə ola bilər ki, Azərbaycanda hətta heç bir statusu olmayan icmanın Ermənistanla maneəsiz, gömrük-sərhəd nəzarəti olmadan gediş-gəlişi təmin edilsin?!

Bu məntiqsizliyi anlamaq üçün geosiyasi şərait, yeni vəziyyət və postmüharibə dövrünün yaratdığı reallıqlar nəzərə alınmalıdır.

Hər şeydən əvvəl bu həqiqəti deyənlər anlamalıdır: Laçın dəhlizi az qala 100 ilə yaxındır fəaliyyət göstərir – 1923-cü ildən, Azərbaycanda DQMV adlı qarayara yaradılan gündən. Laçın dəhlizi 30 ildir bütün danışıqların tərkib hissəsi olub və 10 noyabr bəyanatında da rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında – yəni Azərbaycanın yuristiksiyasından hələlik kənarda qalan torpağımızda məskunlaşdırılan erməni icması ilə Ermənistanın maneəsiz əlaqəsini təmin edən humanitar dəhlizdir. Məhz humanitar!

Zəngəzur dəhlizini isə Ordumuzun gücü ilə Prezident İlham Əliyev siyasi və hərbi baxımdan əldə etdi! Kimsə bunu gözləmirdi, hər kəsin gözü Qarabağda idi – İlham Əliyev isə daha strateji bir planla hərəkət etdi.

Nəticə o qədər gözlənilməz idi ki, İran buna qarşı hətta bir neçə yüz minlik ordusunu sərhədimizə daşıyıb gətirməklə etiraz etdi!

Bəli, məhz regionun ən güclü ölkələrindən birinin bu dəhlizə hansı şəkildə reaksiya verdiyini, Ermənistana bu dəhlizi verməmək üçün necə təzyiq etdiyini, Azərbaycanın dəhlizlə bağlı hərbi-siyasi uğurunu heçə endirmək üçün necə çalışdığını gördük!

İndi hərbi-siyasi baxımdan əldə edilən Zəngəzur yol/dəhlizinin hüquqi-iqtisadi reallaşması istiqamətində ciddi bir mübarizə gedir.

Təsəvvür edək ki, Zəngəzur yolu 10 noyabr bəyanatına salınmamışdı və ermənilər də Laçın dəhlizindən rahat istifadə etməkdə idilər. Onda nə olacaqdı? Niyə bu 100 ildə, o cümlədən danışıqların getdiyi 30 ildə bircə dəfə də Laçın dəhlizinin “dəhliz anlayışına uyğun gəlmədiyi” haqda bəyanatlar səslənmirdi?

Çünki siyasi-hərbi reallıq Azərbaycana və azərbaycanlılara o iddianı irəli sürməyə cəsarət və imkan tanımırdı. Ancaq biz Yuxarı Qarabağda statusu darmadağın edib, torpaqlarımızın əhəmiyyətli hissəsini geri qaytardıqdan sonra siyasi müstəvidə Laçın dəhlizini ləğv etsək, bütün dünya erməni icmasının soyqırıma məruz qalacağı bəhanəsindən sui-istifadə edəcəkdi.

laçın dəhlizi verildi, əvəzində alternativ qoyuldu: Zəngəzur dəhlizi Laçın dəhlizinə bərabər olmalıdır!

İnanılmaz dərəcədə uğurlu, “qarşılıqlı iddia” prinsipinə uyğun və gələcəyə hesablanan siyasi, hüquqi, iqtisadi vəziyyət formalaşdırıb İlham Əliyev və bundan maksimum istifadə edir.

O ki qaldı Laçın dəhlizi ilə Zəngəzur dəhlizinin “hardan hara birləşməsindəki” fərqə, biz karidorun haranı hara ilə birləşdirməsini yox, dəhlizin özünü baza olaraq götürürük. Ermənilərin Qarabağda yaşayıb-yaşamayacağı bəlli deyil, ancaq heç bir statusunun olmayacağı artıq hər kəsə bəllidir. Təsadüfü deyil ki, 26 noyabr Soçi görüşündə olduğu kimi, 14 dekabr Brüssel görüşündəki bəyanatda da nə Minsk Qrupu var, nə də Qarabağda yaşayan erməni icmasının hər hansı formada adı keçir!

Yəni biz nə istəyirik? Hədəfimizə doğru hansı hüquqi, siyasi və hərbi ardıcıllıqla hərəkət edirik?

Əvvəlcə bəziləri özü üçün bunu müəyyən etməlidir! Yoxsa 100 ildir mövcud olan Laçın dəhlizindən “bu dəhliz nədir” məntiqi ilə ötəngünkü diplomatik uğurun kölgə salmaq üçün istifadə edilməsi hüquqi əsası olan (!) siyasi riyakarlıqdır!

İlham Əliyev 100 illik yaranı kəsib atmaqla məşğuldur – bunun ağrıları da olacaq, əziyyətləri də; bunun iqtisadi çətinlikləri də olacaq, şəhidləri də...

İlham Əliyev nəyi, necə və nə zaman etməyi doğrudan da gözəl bildiyini ötən gün üçtərəfli görüşə girməzdən öncə NATO baş katibi ilə keçirdiyi görüşdə “Zəngəzur dəhlizi Laçın dəhlizi ilə eyni statusda olmalıdır” darmadağını ilə bir daha sübut etdi. Mövzunu diktə elədi, bütün təzyiqləri sıfırladı və müzakirənin hədəfini göstərdi.

Görüşlə bağlı bəyanatın mətninə diqqətlə baxanda İlham Əliyevin hədəfinə əhəmiyyətli dərəcədə çatdığını görürük: ya Zəngəzur dəhlizi də açılacaq və Qarabağın erməni icması daha 4 il dəhlizdən istifadə edəcək – gerisini 4 ildən sonra görəcəksiniz, ya da Azərbaycan Ordusu Laçın yolunu bağlayıb, Qarabağ məsələsinin həllini de-fakto 4 il qabağa çəkəcək!

Sonra isə Zəngəzur dəhlizinə baxarıq, görək Rusiya və Türkiyənin təzyiqləri qarşısında Ermənistan nə qədər tab gətirəcək...