Bakı 16˚C Intermittent clouds

İddia: "Rus əsgərləri zooparkda heyvanları yeməyə başladılar"

Gündəm 12:30 04 noy, 2022
İddia:  "Rus əsgərləri zooparkda heyvanları yeməyə başladılar"

Ukraynanın Donetsk vilayətində yerləşən Yampil şəhəri Ukrayna əsgərləri tərəfindən geri alındıqdan sonra bölgədə baş verənlərlə bağlı dəhşətli hal yaşanıb.

Qazet.az xəbər verir ki, bu barədə Ukraynanın könüllü xilasetmə qrupu iddia irəli sürüb.

Ukraynanın şərqindəki Donetsk bölgəsində qapalı qalan rus əsgərlərinin aclıq və səfalətlə mübarizə apardıqları, bu səbəbdən bölgədəki "Yampil" zooparkındakı heyvanları yemək məcburiyyətində qaldıqları iddia edilib.

Zooparkın yerləşdiyi "Yampil" ərazisi oktyabrın 30-da rus əsgərlərindən geri alınıb. Bununla belə, bölgədə hələ də rus əsgərlərinin olduğu məlumdur.

Xilasedicilər on gün sonra zooparkın ətrafına səpələnmiş heyvan skeletləri, ət və sümük parçaları tapdıqlarını bildiriblər. Səlahiyyətlilərə görə, iki dəvə, bir kenquru, bir bizon, çoxlu donuz, quş və canavar rus əsgərləri tərəfindən öldürülüb.