Bakı 12˚C Mostly cloudy

Dəhşətli yol qəzası - Sürücü öldü

Cəmiyyət 12:19 21 noy, 2022
Dəhşətli yol qəzası - Sürücü öldü

Noyabrın 20-də saat 16 radələrində Qusar rayonunun Əvəcuq kəndi ərazisində rayon sakinləri T.Hüseynovun idarə etdiyi “Hyundai” və Kamil Ədilxanovun idarə etdiyi “VAZ-21070” markalı avtomobillər toqquşub.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nəticədə K.Ədilxanov xəstəxanaya aparılarkən yolda ölüb, T.Hüseynov xəstəxanaya yerləşdirilib.

Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.