Bakı -10˚C Rain and snow

Dekabrın pensiya ödənişi yekunlaşıb

Cəmiyyət 19:26 15 dek, 2022
Dekabrın pensiya ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə dekabr ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən Qazet.az-a verilən xəbərə görə, dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin dekabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.