Bakı 12˚C Mostly cloudy

Dələduzluq edən şəxs saxlanıldı

Cəmiyyət 09:55 06 dek, 2022
Dələduzluq edən şəxs saxlanıldı

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən "hotel meneceri" saxlanılıb.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü hotel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb olunub.

O, sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaaliyyət göstərib.

Araşdırmalar Səbail Rayon Polis İdarəsinin 9-cü Polis Bölməsində aparılır.

"Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir", - məlumatda qeyd olunub.