Bakı 8˚C Mostly cloudy

Demokratlar 3 ildən sonra ABŞ-ı tamamilə məhv edəcəklər - Tramp

Gündəm 12:18 17 sen, 2021

Ölkədən heç nə qalmayacaq

Demokratlar 3 ildən sonra ABŞ-ı tamamilə məhv edəcəklər - Tramp

Demokrat Partiyasının nümayəndələrinin hakimiyyətdə qalacağı təqdirdə ABŞ üç ildən sonra məhv olacaq.

Qazet.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp "Newsmax" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 2022-ci ildə keçiriləcək seçkilərdə respublikaçılar ABŞ Konqresində çoxluq qazana, 2024-cü ildə isə rəhbərliyə gələ bilməsə, 3 ildən sonra ölkədən heç nə qalmayacaq.

D.Tramp əlavə edib ki, hazırkı Prezident Cozef Baydenin hakimiyyətinin səkkiz ayı ərzində ABŞ "heç vaxt olmadığı kimi geriləyib".