Bakı -3˚C Windy

"The Washington Post" - Rusiya ilə danışıqlara dair məktub geri götürülür

Gündəm 00:52 26 okt, 2022
"The Washington Post" - Rusiya ilə danışıqlara dair məktub geri götürülür

Pramila Cayapalın başçılıq etdiyi bir qrup demokrat konqresmen ABŞ prezidenti Co Baydenə Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara dair məktubu geri götürərək, müraciətin internet saytında yer almasını bürokratik səhv kimi izah edib.

Qazet.az xəbər verir ki, bu barədə "The Washington Post" yazır.

“Məktub bir neçə ay əvvəl yazılıb, lakin təəssüf ki, heyət tərəfindən heç bir yoxlama aparılmadan dərc edilib. Fraksiyanın sədri kimi mən bunun məsuliyyətini öz üzərimə götürürəm”, – Cayapal açıqlamasında bildirib.

O, həmçinin bu müraciəti ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçıların lideri Kevin Makkartinin Ukraynaya hakimiyyətə gələrsə, onlara yardımı dayandıracağı ilə hədələdiyi son bəyanatının analoqu kimi qəbul etməməyə çağırıb. Cayapal bildirib ki, demokratlar heç kimin bəzilərinin Kiyevi dəstəkləməyə qarşı olduqları barədə yanlış təəssürat yaratmasını istəmirlər.

Oktyabrın 24-də dərc olunan məktubda Bayden Ukraynaya münasibətini dəyişməyə və sülhə nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara başlamağa çağırılıb. 
Konqresmenlər etiraf ediblər ki, hərbi əməliyyatları dayandırmaq üçün sanksiyalar yumşaldılmalı olacaq. Onlar həmçinin “bütün tərəflər üçün məqbul olan azad və müstəqil Ukrayna üçün təhlükəsizlik təminatlarının verilməsi” üçün beynəlxalq müqavilənin hazırlanmasına çağırıblar.