Dənizdə batan 2 nəfər xilas edildi
Hadisə
01:24 12 iyl, 2022
“Sabirabad” və “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşiblər.

Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Qazet.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Sabirabad” və “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.