Bakı 10˚C Sunny

Dənizdə qayıq batdı - 75 nəfər öldü

Gündəm 11:54 21 noy, 2021

Qəza nəticəsində 75-dən çox qanunsuz miqrant boğularaq ölüb

Dənizdə qayıq batdı <span style="color:red">- 75 nəfər öldü</span>

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, Liviyadan Aralıq dənizi vasitəsilə Avropaya getmək istəyən miqrant qayığı qəzaya uğrayıb.

Qazet.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 75-dən çox qanunsuz miqrant boğularaq ölüb.

Sağ qalan 15 nəfər Liviyanın qərbindəki Zuvara şəhərində gəmiyə mindirilərək xilas olunub.

Son faciə ilə bu il Aralıq dənizində həyatını itirən qanunsuz miqrantların sayı 1 300 nəfəri keçib.