Deputat: "Sosial media bataqlıq halındadır" - VİDEO
Gündəm
19:21 16 dek, 2021
“Biz jurnalistlərimiz üçün şərait yaratmalıyıq ki, onlar sərbəst şəkildə çalışa bilsin”

“Biz sosial mediada əks olunacaq keyfiyyətli məzmun istehsal etmək üçün mediamızı dəstəkləməliyik”.
Qazet.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Nigar Arpadarai səsləndirib.
O, bildirib ki, “hazırda sosial media bataqlıq halındadır. Biz çalışmalıyıq ki, keyfiyyətli kontent yaradılsın. Jurnalistlərimiz üçün şərait yaratmalıyıq ki, onlar sərbəst şəkildə çalışa bilsin”.