Deputat tıxaclara görə qurumları tənqid edib
Siyasət
14:34 11 okt, 2021
Bununla bağlı insanlara məlumat verilməlidir
“Yağış suyunun kanalizasiyalara axıdılması dünyada Azərbaycanın yeniliyidir. Başqa yerdə belə bir şey yoxdur”.
Qazet.az xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, müvafiq qurumlar tıxacla bağlı cəmiyyətə məlumat verməlidir: “Bu gün paytaxtda çox böyük tıxaclar var. Bakının yüklənməsinin əziyyətini insanlar çəkməməlidir. Bununla bağlı insanlara məlumat verilməlidir”.