Bakı 7˚C Sunny

Deputatdan sosial şəbəkə AÇIQLAMASI: "Gəncləri təhlükələrdən tam qoruya bilmirik"

Cəmiyyət 16:09 06 iyl, 2022

Cəmiyyətdə sağlam həyat tərzi kütləvi şəkildə təbliğ olunmalıdır

Deputatdan sosial şəbəkə AÇIQLAMASI: "Gəncləri təhlükələrdən tam qoruya bilmirik"

“Bütün hərbi qulluqçular məcburi narkoloji müayinədən keçiriləcək”.

Qazet.az xəbər verir ki, bu sözləri yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabatda çıxış edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, cəmiyyətdə sağlam həyat tərzi kütləvi şəkildə təbliğ olunmalıdır:

“Azərbaycan narkomaniya ilə mübarizədə mövcud olan bütün beynəlxalq konvensiyalara qoşulub. Bununla yanaşı, icra üçün qaydaları qanunlara da köçürmüşük. Bu sahədə cinayət təqibini həyata keçiririk. Lakin elə məsələlər var ki, hələlik tam tənzimlənməyib. Bütövlükdə, gəncləri sosial şəbəkələr vasitəsilə ötürülən təhlükələrdən tam qoruya bilmirik.

Qeyd edim ki, ölkə başçısının fərmanına əsasən, yetkinlik yaşına çatmayanlar üçün yeni yoxlama metodu tətbiq olunub. Bu metod iyulun 1-dən qüvvəyə minib. Belə ki, hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər. Eyni zamanda, hərbi qulluqçular məcburi narkoloji müayinədən keçiriləcək. Bu, narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədi daşıyır”.