Bakı 12˚C Cloudy

Deputatların sığortalanması ilə bağlı layihə I oxunuşda qəbul edilib

Cəmiyyət 18:34 17 noy, 2021

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib

Deputatların sığortalanması ilə bağlı layihə I oxunuşda qəbul edilib

Deputatın dövlət icbari şəxsi sığortasının aparılmasına nəzarət və deputatın dövlət icbari şəxsi sığortası qaydalarının pozulmasına görə məsuliyyətə cəlb olunması qaydası müəyyənləşib.

Qazet.az-ın xəbərinə görə, bununla bağlı "Milli Məclisin deputatı haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan nəzarət edir.

Deputatın dövlət icbari şəxsi sığortası ilə bağlı tələblərini pozan şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Layihədə həmçinin dövlət icbari şəxsi sığortanın prinsipləri və aparılması qaydası, sığortaolunanın, sığortaçının və sığortalının hüquq və vəzifələri, sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının ödənilməsi, həmçinin artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası, sığorta ödənişinin verilməsi və verilməsindən imtina halları, sığorta vəsaitlərinin formalaşma mənbələri, habelə dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə nəzarət məsələləri öz əksini tapıb.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.