Bakı 15˚C Sunny

Derbidə azarkeşlər olmayacaq

İdman 15:55 05 yan, 2023
Derbidə azarkeşlər olmayacaq

Türkiyə Superliqasının 18-ci turunda "Fənərbaxça" ilə səfər oyununu stadiondan izləyə bilməyəcəklər.

Qazet.az xəbər verir ki, bu barədə "Fənərbaxça"nın rəsmi saytı məlumat yayıb. Qonaq komandanın fanatları matçın keçiriləcəyi Şükrü Saracoğlu adına stadiona buraxılmayacaqlar. Buna görə də onlar üçün nəzərdə tutulan biletlər də yerli azarkeşlərə satılacaq. Bu addımın təhlükəsizlik səbəbindən atıldığı qeyd olunub. 

Qeyd edək ki, yanvarın 8-də keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.