Dərmanların qiymətində DƏYİŞİKLİK
Cəmiyyət
16:53 26 okt, 2022
Tarif (qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında yeni dövlət qeydiyyatına alınmış 76 dərman vasitəsinin qiyməti təsdiq edilib.
Qazet.az Şuraya istinadən xəbər verir ki, bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 493 təşkil edib.
Onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.