Bakı 12˚C Cloudy

Dərs saatı az olan müəllimlərin maaşı artacaqmı? - AÇIQLAMA

Eksklüziv 15:15 27 iyl, 2022

Təhsil naziri Emin Əmrullayevdən açıqlama

Dərs saatı az olan müəllimlərin maaşı artacaqmı? - AÇIQLAMA

Bölgələrdə çalışan bir çox müəllimin dərs saatının az olması onların maaşına da təsir edir. Yaxın gələcəkdə dərs saatının və maaşların artırılması gözlənilirmi?

Bu gün keçirilən brifinq zamanı təhsil naziri Emin Əmrullayev Qazet.az-ın əməkdaşının sualına cavab olaraq bildirilib.
 

Azərbaycanda təsdiq olunmuş bir tədris proqramı var. 8, 9 cu siniflər üçün, məsələn 35-36 saat bir uşağa tədris olunur. Müəllimin maaşı bu saatlarla hesablanır. Məsələn bir məktəbdə 32 saat fizika dərsi var. Nə vaxtsa, hansısa səbəblərdən 8 nəfər müəllim işə götürülübsə, 32-ni 8-ə böləndə 4 saat edir. Yəni, hərəyə orta hesabla 4 saat dərs düşəcək. Gəlin həmin müəllimlərin işə götürülmə tarixlərinə baxaq. Biz götürmüşük? Xeyr. Yenə də qayıdacağıq müəyyən mənada qaranlıq saydığımız dövrə. Tənzimlənmə olmayıb. Müəyyən mənada direktorlar özləri müəllimləri işə götürüb. İndi həmin adamların özləri həyatda yoxdur. Ancaq müəllimlər oradadır. Bu müəllimləri işdən çıxarmaq da düzgün deyil. Çünki bu onun günahı deyil. Amma həqiqət bundan ibarətdir ki, məktəbdə nə qədər saat varsa, müəllimlərə veririk. Statistikada baxsanız görə bilərsiniz. 8 sinif var, ancaq 22 müəllim. Niyə o müəllimlər var, bu ayrı sualdır? Səmimi desəm, mən də bilmirəm bunun cavabını. Ancaq bilirəm ki, həmin müəllimlər son illərdə işə götürülməyib. Çünki biz şagird-müəllim nisbətinə çox diqqətlə yanaşırıq. Ona görə də vakansiyaların sayı az olur. 
Bəzən deyirlər ki, filan müəllimin 60 yaşı oldu, işdən çıxdı. Niyə o boş yeri elan etmədiniz, gizlədirsiniz. Mən də gizlətmədiyimizi bildirirəm. Şəffaf şəkildə istəyirsinizsə bu sayı sizinlə paylaşım. Gördüyünüz kimi 8 sinifə 22 müəllim düşəndə, biri gedəndə 21 müəllim qalır. Yenə müəllim sayı çox olur. 3-4 saat tam ştat sayılmadığı üçün maaş da az olur. Saylar bəzi məktəblərdə çoxdur. Bəzi bölgələrimizdə əsaslı şəkildə bunu müşahidə edirik. 
 

Emin Əmrullayev
Təhsil naziri