Devid Bekham 73 yaşlı atasının sağdışı oldu - FOTO
Maraqlı
11:51 14 dek, 2021
Toy mərasimi Londonda baş tutub

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin atası Ted milyonçu hüquqşünas Hilari Mereditlə evlənib.
Qazet.az xəbər verir ki, əfsanəvi idmançı isə təkcə valideyninin toyunu qeyd etməklə qalmayıb, həm də bayram tədbirində atasının sağdışı olub.
73 yaşlı Ted 62 yaşlı fəal və hüquqşünas Hilary Mereditlə evlənmək qərarına gələndə futbolçu onun seçimini dəstəkləyib.
Toy mərasimi Londonda baş tutub.
Cütlük ailə üzvləri və dostlardan ibarət kiçik tədbirə üstünlük verib.
Ənənəyə görə, o, atasına və yeni həyat yoldaşına üzüklər bağışlayıb, həmçinin yeni evlənənlər üçün nitq söyləyib.
Mənbə: The Sun