Bakı 5˚C Showers

Di Kaprio milyardlarla dollarlıq dələduzluq işi üzrə ifadə verəcək

Maraqlı 10:10 15 okt, 2022
Di Kaprio milyardlarla dollarlıq dələduzluq işi üzrə ifadə verəcək

Tanınmış aktyor Leonardo Di Kaprio dələduzluq işi ilə bağlı məhkəmədə ifadə verəcək.

İş “The Fugees” qrupunun keçmiş üzvü, reper Prakazrel Mişel və malayziyalı iş adamı Lou Thek Coya qarşı qaldırılıb. Onlar 2019-cu ildə 21 milyon dollardan çox pulun yuyulmasında ittiham olunublar.

Müstəntiqlərin fikrincə, müttəhimlər qeyri-qanuni yolla əldə etdikləri pulları 2012-ci ildə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın seçki kampaniyasına yönəltməyə cəhd ediblər. Hər iki şəxs günahlarını inkar edib.

Məlumata görə, oğurlanmış vəsaitlər həmçinin bir sıra filmlərin, o cümlədən “Uoll-strit canavarı”nın maliyyələşdirilməsi üçün istifadə edilib. Di Kaprionun baş rolda çəkildiyi filmin prodüseri Malayziyanın keçmiş baş nazirinin ögey oğlunun həmtəsisçisi olduğu “Red Granite Pictures” şirkəti olub.

Bundan əlavə, 2017-ci ildə Di Kapriodan Pablo Pikassonun bir tablosu müsadirə edilib. Əsər 3,2 milyon dollar dəyərində qiymətləndirilib. Aktyorun onu Loudan aldığı vurğulanıb.

Qeed edək ki, ABŞ Ədliyyə Nazirliyi bu yaxınlarda Lou və Mişel işi üzrə şahidlərin siyahısını açıqlayıb. Onlardan biri də Di Kapriodur. Ondan başqa siyahıda ən azı 24 nəfər də var. Əvvəllər aktyor gizli ifadə verib.

Mənbə: daily.afisha.ru