Bakı 6˚C Sunny

Diabetin GİZLİ ƏLAMƏTLƏRİ və profilaktikası

Maraqlı 07:24 25 dek, 2022
Diabetin GİZLİ ƏLAMƏTLƏRİ və profilaktikası

Şəkərli diabetin birinci və ikinci növ hesab edilən iki əsas tipi var. Bunların birində insulinin əmələ gəlməsi pozulur, digərində isə insulin çox olsa da, istifadəyə yararlı deyil.

 

Bir də ikinci növ şəkərli diabetin alt tipi var ki, ona hamiləlik dövründə yoluxurlar və müvəqqəti insulin müalicəsi təyin olunması nəticəsində hamiləlik bitən kimi başa çatır.

 

Əslində şəkərli diabetin iki mexanizmi fərqli xəstəliklər kimidir. Birinci növ şəkərli diabet zamanı mədəaltı vəzinin hüceyrələri qətiyyən insulin buraxmır, ikinci növ şəkərli diabetdə isə əsas qida olan qlükozanı toxumalar qəbul edə bilmir. Bunun nəticəsində iki əsas problem yaranır: bədəndə aclıq və şəkərin çoxluğu baş verir.

 

Birinci halda qlükozanı mənimsəyə bilməyən hüceyrələr ac qalır, ikinci halda isə tıxanmalar baş verir. Həkimlər üçün də ən problemli məsələ məhz tıxanmalardır.

 

Ürəkdə, böyrəkdə, qaraciyərdə olan tıxanmalar insultlar, qanqrenalara, gözün torlu qişasında olan problemlərə aparıb çıxarır. Ona görə də şəkərli diabet ağırlaşdırıcı problem kimi qəbul olunmaqla yanaşı, dünyada ən əsas xəstəlik kimi qəbul olunan kardiovaskulyar problemlərin hərəkətverici qüvvəsi insulin rezistentliyidir.

Qazet.az xəbər verir ki, bunu həkim-endokrinoloq Fərhad Burzu deyib.

Həkim-endokrinoloq xəstəliyin əlamətləri barədə məlumat verərək deyib: "Boyunda ət xalları və tük piqmentasiyalarının, yeddinci boyun fəqərəsində qabarmanın əmələ gəlməsi orqanizmdə insulin rezistentliyinin pozulması və diabetə doğru getmək deməkdir.

Gənclərdə daha çox tibbi diabetə, insulin yoxluğuna rast gəlinir. Son vaxtlar valideynlər uşaqları evdə passiv istirahətə yönləndirirlər. Dəfələrlə deyildiyi kimi, ən yaxşı müalicə profilaktikadır.

Çox vaxt qidalanma zamanı ən böyük səhvlər səhər yeməyi zamanı baş verir. Təəssüf ki, yeməklərin çox böyük hissəsi axşam yeyilir. Qida rasionuna daxil olan şəkərləri menyudan çıxarmaq lazımdır. Şəkər xəstələri zülaldan az istifadə etməlidirlər.

Normalda üç əsas və onların arasında ara yeməkləri qəbul edilməlidir ki, bədən qidasız qalmasın və orqanizm insulin istehsalını sıfra endirməsin.

Rasionda mövsümi və yerli qidaların, meyvə-tərəvəzlərin qəbulu üstünlük təşkil etməlidir. Yeməkdən sonra müəyyən qədər gəzmək və hərəkət etmək lazımdır".