Bakı 12˚C Cloudy

"Dil öyrənənlərə tövsiyəm odur ki, qaydalara çox qapılmayın" - MÜSAHİBƏ

Eksklüziv 10:05 24 avq, 2022
"Dil öyrənənlərə tövsiyəm odur ki, qaydalara çox qapılmayın" - MÜSAHİBƏ

Son dönəmlər xarici dil öyrənmək hər kəsin prioritet məsələsinə çevrilib. Əlbəttə yeni dil öyrənmək həm sağlamlıq, həm də şəxsi inkişaf baxımından önəmli bir çalışmadır. Bununla bağlı Qazet.az qardaş ölkənin xarici dil üzrə mütəxəssisi, yutuber və poliqlot  Arda Eroldan yeni bir dilin öyrənilməsi mövzusunda müsahibə aldıq. Müsahibəni sizlərə təqdim edirik.
 

- Zəhmət olmasa özünüzü sizi tanımayan dostlarımıza təqdim edin

- 1984-cü ilin avquat ayında dünyaya gəlmişəm. Kiçik yaşlarımdan sənətə xüsusi maraq duymuşam. Həyatım boyunca rəsm çəkmişəm və musiqi səsləndirmişəm, yeni əsərlər bəstələməyə çalışmışam. İlk yaratdığım veb səhifəsi BC.net dərgisində çıxmışdı. İşin maraqlı tərəfi o idi ki, 13 yaşında biri oldğumu bilmirdirlər. İki dəfə Almanyada tələbə mübadilə programnda iştirak etmişəm. Öncə alman dilini öyrəndim. 2002-cu ildə "İTÜ denizcilik" fakültəsinin məzunu oldum. 6 aya ingilis dilini proffesional C səviyyəsinə çatdıra bildim. İlin digər 6 ayında ispanca öyrənməyə başladım. 2007-ci ildə gəmi kapitanı olaraq dünyanı gəzməyə başladım. Bir dəfə 13 ay  sahilə ayaq basmadan yaşadım. Rəsmlər çəkdim. Və çəkdiyim bu rəsmlərin hekayəsini anladan roman yazdım. 2009-cu ildə Barselonaya köçdüm. İspanlara ingilis dilini öyrətdim. Türkiyəyə geri döndüm və teatr sənətini öyrənməyə başladım. Bir il boyunca dövlət teatrında aktyorluq etdim. Sonra İtaliyanın Roma şəhərinə köçdüm və orada 6 il yaşadım. Xaricilərə və türklərə ingiliscə, türkçə və italyanca öyrədərkən ikinci universitetim olan  konservatoriya Santa Çe Çeriyanın opera ixtisasının məzunu oldum. İtaliyanın ən böyük teatrlarında rol aldım. 2020-ci ildə İstanbula geri döndüm. Və bütün öyrəndiyim xarici mədəniyyət və dilləri açdığım yutub kanalı vasitəsilə sizlərə çatdırmaq istəyirəm.   

- Hər hansı bir dili öyrənərkən etdiyimiz səhvlər hansılardı? 

-Asan yolla məqsədə çatmağa çalışmaq. Getdiyimiz yolun ciddiliyni dərk etmirik. Öyrənməkdənsə, daha çox yadda saxlamağa diqqət yetirin. Öyrəndiyimiz dili ana dilimizə çevirərək  öyrənməyə çalışırq. Bacarıqsız müəllimlərlə işləmək və keyfiyyətsiz təhsil almaq. Etdiyimiz səhvlər haqqında bunları deyə bilərəm. 

- Yeni dil öyrənən şəxs düzgün metodla nə qədər müddətə nəticə əldə edə bilər?

-Nəticə bizim qarşımıza qoyduğumuz məqsəddir. Bu müddət qarşımıza qoyduğumuz hədəfin ölçüsündən asılı olaraq dəyişir. Bir şəxs özünü proqramlı şəkildə və ardıcıl olaraq öyrəndiyi dillə tanış etdikdə, proqramın effektivliyindən, intensivliyindən və insanın dilini bəyənib-bəyənməməsindən asılı olaraq təxminən 6-8 ay ərzində bir dildə ünsiyyət səviyyəsinə çata bilər. Amma diqqətli olun, bu o demək deyil ki, siz həmin dildə mütəxəssislik  əldə etmisiniz. Unutmayın, bilik tükənməzdir, öyrənmək heç vaxt bitmir.

-Sizcə son zamanlar öyrənilməsi vacib olan dillər hansılardır?

-İngilis dili dünya dilidir. Hamı ingiliscə danışmalıdır, ona görə də bunu xarici dil hesab etmirəm. Bundan əlavə, bu, dünyadakı dillərdə danışanların sayına baxmağa kömək edir. Çin, ispan, fransız, ərəb, rus dilləri bu siyahının başındadır.

- Gənclər qrammatika olmadan dil öyrənmək istəyirlər bu nə qədər doğrudur?

- Dil öyrənmənin 5 əsası var. Oxuma, dinləmə, danışma, yazma və qrammatika. Qrammatika onlardan yalnız biridir. Dil təkcə qrammatika öyrənməklə öyrənilmir.
Yalnız qrammatikaya diqqət yetirməyin faydası yoxdur. Dil öyrənənlərə tövsiyəm odur ki, qaydalara çox qapılmayın. “Mən bu cümləni necə deyə bilərəm və bunun bir qaydası varmı? Əgər varsa, bu qaydadan istifadə edib başqa bir şey deyə bilərəm”. Bu məntiqlə hərəkət etsələr uğura nail ola biləcəklərini düşünürəm. Qrammatikaya məqsəd kimi yox, onların işini asanlaşdıran bir vasitə kimi baxsınlar. Məsələn, mən "Youtube" kanalımda Lego Method adlı bir üsuldan danışmışam. Qrammatika qaydaları olmasaydı, belə bir üsul olmazdı.

- Ən çətin və ən asan dillər hansılardır?

- Motivasiya və mənəvi baxımdan ən çox öyrənmək istədiyimiz, mədəniyyətini sevdiyimiz, qulağımıza melodiya kimi gələn dillər öyrənilməsi ən asan dillərdir.
Əksinə, öyrəndiyimiz dillər ən çətin olanlardır.

- Davamlı olaraq dil öyrənməyimiz üçün biz necə plan qura bilərik?

- Xarici dil öyrənməyə nə qədər vaxt ayıra biləcəyimizi yaxşı hesabladıqdan sonra. Təlimçinin rəhbərliyi altında və ya özünüzə əminsinizsə, yuxarıda qeyd etdiyim 5 əsas sahədə özünüzü təkmilləşdirə biləcəyiniz bir proqram əldə etməyə çalışın. Özünüzə həftədə bir neçə saat söz verin və bu cədvələ sadiq qalın. Bu işdə uğurunuz özünüzə hörmətinizi və hədəflərinizi göstərir.

- Son olaraq yeni dil öyrənmək istəyən gənclərə nə demək istəyərdiniz? 

-Bu barədə gənclərə deməyə sözüm yoxdur. İlk öncə xarici dil öyrənməyin 4 heyrətamiz faydasını izah etdiyim bu videonu tövsiyə edirəm. Sonda dünyaya baxışımızı yaxşılaşdırmaq, həyatı və insanları daha yaxşı başa düşmək, empatiya qurmağı bacarmaq, birdəfəlik həyatımıza birdən çox həyatı sığdırmaq və onu dəyərli təcrübələrlə doldurmaq istəyiriksə, bir deyil, birdən çox xarici dil öyrənməliyik.