Bakı 22˚C Intermittent clouds

DİM abituriyentlərə müraciət edib

Cəmiyyət 18:26 25 yan, 2022

Buraxılış imtahanları ilə bağlı şagird və abituriyentlərə müraciət edilib

DİM abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı şagird və abituriyentlərə müraciət edib.

Qazet.az-ın xəbərinə görə, DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə abituriyentləri imtahanların dəqiq tarixinə, qrafikinə fikir verməyə çağırıb: “Bəzən şagirdlər, abituriyentlər bir rayonda yaşayır, başqa rayonda yerləşən məktəbdə oxuyur. Onlar məktəb hansı rayondadırsa, həmin rayonun günündə imtahan verəcəklər. Konkret yeri isə bir həftə əvvəl bildirəcəyik”.