Bakı 13˚C Mostly cloudy

DİM-də növbəti TOEFL imtahanı təşkil edilib

Cəmiyyət 17:00 07 dek, 2022
DİM-də növbəti TOEFL imtahanı təşkil edilib

Dekabrın 7-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

DİM-dən Qazet.az-a bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 8 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının dekabrın 10-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.