Bakı 22˚C Partly sunny w/ showers

DİM tеst imtаhаnı keçirəcək

Cəmiyyət 10:50 16 noy, 2022
DİM tеst imtаhаnı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə noyabrın 20-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən Qazet.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün 2465 namizəd qeydiyyatdan keçib. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilirlər. Namizədlər imtahan iştirakçısının “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər. İmtahan Bakı şəhərində 10 binada təşkil olunacaq və saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

Namizədlər imtahana gələrkən şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

Tələb olunan sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanların idarə olunmasına 10 ümumi imtahan rəhbəri, 30 imtahan rəhbəri, 225 nəzarətçi-müəllim və 30 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

İmtahanda iştirak etmək üçün 2465 namizəd qeydiyyatdan keçib. İmtahan 3 sааt dаvаm еdəcək.

İmtahanda namizədin seçdiyi istiqamət üzrə 100 test tapşırığı (95 qapalı tipli və 5 açıq tipli) təqdim olunur. Hәr bir sualın düzgün cavabı 1 (bir) balla qiymətləndirilir (cəmi 100 mümkün bal) və nəticələr hesablandıqda səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir.