Bakı 17˚C Windy

DİN: “28 May” metrosunun yaxınlığında toplantı keçirməyə cəhdin qarşısı alınıb

Cəmiyyət 18:14 11 dek, 2021

İcra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərilib

DİN: “28 May” metrosunun yaxınlığında toplantı keçirməyə cəhdin qarşısı alınıb

Bu gün – dekabrın 11-də saat 15 radələrində 8-10 nəfərdən ibarət bir qrup şəxs metronun “28 May” stansiyasının yaxınlığında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıb.

Qeyd olunub ki, hadisə ilə əlaqədar saxlanılan olmayıb. (report)