Bakı 15˚C Sunny

DİN “Azərsu” ASC-nin əməkdaşının döyülməsi iddialarına münasibət bildirib

Gündəm 17:36 28 okt, 2021

Həmin şəxsin döyülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.

DİN “Azərsu” ASC-nin əməkdaşının döyülməsi iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə “Azərsu” ASC-nin Ağcabədi Sukanal sahəsinin rəhbərliyi tərəfindən həmin idarənin işçisinin döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundanverilən məlumata görə, idarənin işçisi Tural Bayramovun döyülməsi ilə bağlı paylaşılan məlumatlar Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb:

“Müəyyən edilib ki, həmin şəxs Yevlax rayon sakini Taleh Bayramovdur. Onun döyülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Taleh Bayramov sosial şəbəkələrdə paylaşılan şəklin ona aid olmadığını və hazırda öz işinə davam etdirdiyini bildirib”.

Mənbə