DİN: "Bakıda sürücülər arasındakı insidentlə ilə bağlı araşdırmalara başlanılıb"
Hadisə
17:05 15 okt, 2021
Hadisə ilə bağlı araşdırmalara başlanılıb
Daxili İşlər Nazirliyi (DİN) Bakıda avtobus və minik avtomobilinin sürücüləri arasında yaranan insidentə münasibət bildirib.
Qazet.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.
“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtda fəaliyyət göstərən sərnişin avtobusunun sürücüsü ilə “Toyota” markalı 99-VF-807 dövlət nömrə nişanlı avtomobilin sürücü arasında mübahisə yaşanıb. Tərəflər bir-birinin ünvanına söyüş və ağır təhqirlər səsləndiriblər.