Bakı 26˚C Sunny

DİN əməkdaşlarının xidmət illəri belə hesablanacaq

Gündəm 20:46 26 noy, 2021

Daxili işlər orqanlarının  xidmət illərinin hesablanması Qaydası"na dəyişiklik edilib

DİN əməkdaşlarının xidmət illəri belə hesablanacaq

"Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası"na dəyişiklik edilib.

Qazet.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablanacaq.

“Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında”, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında”, “Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında” və “Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”na da eyni məzmunda dəyişikliklər edilib.