DİN-in rəhbər heyəti Fəxri xiyabanda - Foto
Gündəm
18:43 12 dek, 2021
Daxili İşlər Nazirliyi ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda əbədiyaşar liderin xatirəsini yad ediblər

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda əbədiyaşar liderin xatirəsini yad ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qazet.az-a bildiriblər ki, bu münasibətlə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazirliyin bir qrup rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıb.