Bakı 3˚C Partly sunny

DİN jurnalistlərə MÜRACİƏT EDİB - YENİLƏNİB

Cəmiyyət 17:50 15 dek, 2021

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib

DİN jurnalistlərə <span style="color:red">MÜRACİƏT EDİB - YENİLƏNİB</span>

"KİV nümayəndələri jurnalist gödəkçələrindən istifadə etməlidir".

Qazet.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, üzərində "press" yazılmış gödəkçələr jurnalistlərin təhlükəsizliyi və aksiya iştirakçılarından seçilməsi baxımından önəmlidir: "Jurnalist gödəkçələri vasitəsilə mətbuat nümayəndələri aksiya iştirakçılarından fərqlənirlər. Jurnalistlər aksiya iştirakçılarından seçilməlidir".

Məsələylə bağlı Qazet.az-a açıqlama verən polis mayoru Elşad Hacıyev bildirib ki, “həmin press gödəkçələri jurnalist və redaksiyalar Mətbuat Şurasına müraciət edərək, pulsuz əldə edə bilərlər”.