DİN: "Narkotiklə mübarizə əməliyyatları kampaniya xarakteri daşımır"
Gündəm
20:34 22 okt, 2021
Bu istiqamətdə bütün ölkə miqayasında daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Son on gündə Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər polisin keçirdiyi tədbirlərlə tutularaq istintaqa cəlb edilib.
Bu barədə qazet.az-a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri kampaniya xarakteri daşımır. Bu istiqamətdə bütün ölkə miqayasında daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.