Bakı 9˚C Intermittent clouds

DİN özünü “12-ci İmam” kimi təqdim edən Aqillə bağlı MƏLUMAT YAYDI

Cəmiyyət 13:13 15 sen, 2021

Mətanət Babayeva saytımıza açıqlamasında bildirmişdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında şəxsi avtomobilinə həbs qoyulub.

DİN özünü “12-ci İmam” kimi təqdim edən Aqillə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) “Şaurma N1”in şəriki, “12-ci İmam” kimi təqdim edilən Aqil Babayevin bacısı Mətanət Babayevanın iddialarına cavab verib.

DİN Mətbuat xidmətindən Qazet.az-a bildirilib ki, A.Babayevə qarşı soyğunçuluq törədilməsi iddiası əsasında istintaq aparılmaması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: "Heç bir hüquqi addım atılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bütün xüsusatlar istintaqla araşdırılır”.

Hüquq-mühafizə orqanlarından saytımıza daxil olan məlumata görə, “99-VD-699” dövlət nömrə nişanlı “Hyundai Santafe” markalı avtomobilə istintaqın təqdimatı əsasında məhdudiyyət qoyulub.

Mətanət Babayeva saytımıza açıqlamasında bildirmişdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında şəxsi avtomobilinə həbs qoyulub. O qeyd edib ki, üzərinə həbs qoyulan avtomobil şəxsi maşınıdır.

Qeyd edək ki, Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. DİN Aqil Babayevin özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanlara qarşı dələduzluq etdiyini açıqlayıb. Sahibkar Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.