DİN özünü QHT rəhbəri kimi təqdim edən şəxslə bağlı iddialara münasibət bildirib
Hadisə
16:03 01 noy, 2021
Məlumatla bağlı araşdırma aparılır
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə özünü QHT rəhbəri kimi təqdim edərək nömrəsiz maşınla şirkətlərə gedib məcburi pul tələb edən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qazet.az DİN-in Mətbuat Xidmətindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, məlumatla bağlı araşdırma aparılır.
“Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - Mətbuat Xidmətindən bildirilib.