DİN: Vətəndaşlardan 18 ədəd ov tüfəngi götürülüb
Gündəm
23:21 11 dek, 2021
Dekabrın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 18 ədəd ov tüfəngi götürülüb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən Qazet.az-a verilən məlumata görə, əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 18 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.