Bakı 19˚C Sunny

Dini klipin çəkildiyi məktəbin direktoru cəzalandırıldı

Gündəm 14:07 21 dek, 2021

“Kliplərin məzmunundan asılı olmayaraq məktəblərdə çəkilməsi qaydalara ziddir”

Dini klipin çəkildiyi məktəbin direktoru cəzalandırıldı

Təhsil naziri Emin Əmrullayev məktəbdə şagirdlərin iştirakı ilə dini məzmunlu klipin çəkilməsinə münasibət bildirib.

Qazet.az xəbər verir ki, nazir keçirdiyi brifinqdə deyib ki, kliplərin məzmunundan asılı olmayaraq məktəblərdə çəkilməsi qaydalara ziddir.

"Bu qeyri-qanunidir. Məktəb rəhbərliyi barədə intizam tədbiri görülüb" - o vurğulayıb.