Bakı 14˚C Sunny

Dinozavr tərəfindən yeyilən ilk canlı müəyyənləşdi

Maraqlı 13:20 21 dek, 2022
Dinozavr tərəfindən yeyilən ilk canlı müəyyənləşdi

Alimlər dinozavr tərəfindən yeyilən ilk canlını aşkarlayıb.

Qazet.az xəbər verir ki, mütəxəssislər məməlinin dinozavr tərəfindən yeyilməsi ilə bağlı ilk məlum hadisəni aşkar etdikləri ilə bağlı açıqlama yayıb.

Dinozavrın qabırğası içərisində 120 milyon il əvvəl yaşamış heyvanın ayağı tapılıb.

İngiltərədəki paleontoloqlar mikroraptor kimi tanınan kiçik, lələkli dinozavrın fosil qalıqlarını təhlil etdikdən sonra onun mədəsində siçan ölüsü aşkar ediblər. 

Mikroraptor kiçik bir pişik və ya qarğa ölçüsündə idi və kiçik heyvanları ovlamaq üçün ağacdan ağaca hoppanıb.

London Kraliça Meri Universitetindən Dr David Hon tədqiqat müəllifi olaraq deyib:

"Dinozavrların içərisində yemək nümunələri tapmaq çox nadirdir, buna görə də hər bir nümunə həqiqətən vacibdir, çünki onların nə yediklərini birbaşa sübut edir".

 

Dinozavr tərəfindən yeyilən ilk canlı müəyyənləşdi