Bakı 20˚C Mostly sunny

Diplomatlar və xarici jurnalistlər Şuşada - FOTO

Gündəm 21:46 09 okt, 2021

Diplomatlar və xarici jurnalistlər Şuşada səfərdə olub

Diplomatlar və xarici jurnalistlər Şuşada - FOTO

Azərbaycanda akkreditə olunan diplomatik korpusların nümayəndələri və xarici jurnalistlər Şuşa şəhərinə səfər çərçivəsində Xan qızı Natəvanın evində olublar.

Bu barədə Qazet.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Ölkəmizdəki diplomatik korpusların nümayəndələri və xarici jurnalistlər habelə dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər, Bülbülün ev muzeyində və Şuşanın mərkəzi meydanında da olublar.

Qeyd edək ki, diplomatik korpusların press-attaşelərinin və xarici jurnalistlərin Şuşa şəhərinə səfəri dünən başlayıb.

Azərbaycanın mədəniyyət paytaxtında maraqlı proqram keçiriləcək. Bura digər görməli yerlərə gəzinti, yenidənqurma işləri ilə tanışlıq, Cıdır düzündə xalq musiqisini dinləmə daxildir.