Bakı 23˚C Windy

Diqqət! "WhatsApp"  bu tarixdə çox sayda hesabı bağlayacaq

Biznes 13:33 23 mar, 2022

“WhatsApp” mart ayının sonunda çoxlu sayda hesabı bağlamağı planlaşdırır

Diqqət! "WhatsApp"  bu tarixdə çox sayda hesabı bağlayacaq

Məşhur mesajlaşma proqramı WhatsApp-ın martın sonunda çoxlu sayda hesabı bağlamağı planlaşdırdığı iddia edilir. 

Qazet.az  “Haber Global”-a istinadən xəbər verir ki, WhatsApp bəzi hesabları təmizləməyə başlayır.

Dünyanın ən məşhur mobil mesajlaşma proqramı olan Whatsapp 2009-cu ildə yaradılıb və 2014-cü ildə o zamankı adı ilə Facebook tərəfindən alınıb. 

Dünyada 2 milyarddan çox istifadəçisi olan “WhatsApp”da foto və videolar davamlı olaraq paylaşılır. Buna görə,Meta WhatsApp-da paylaşılanlara daha çox nəzarət etmək istəyir. Bu səbəbdən siyasətlərinə uyğun gəlməyən bir çox hesabı yaxın günlərdə bağlamağı planlaşdırır. İddialara görə,  bu qərar martın sonunda qüvvəyə minəcək.