Direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir
Cəmiyyət
10:46 21 noy, 2022

Şagird sayı 500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul imtahanlarına başlanılıb.
Elm və Təhsil Nazirliyindən Qazet.az-a bildirilib ki, bu barədə müsabiqədə iştirak etmək üçün müraciət edən namizədlərin mobil əlaqə nömrələrinə məlumat göndərilib.
İmtahanda namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığı təqdim olunur.
Qeyd edək ki, cari il üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanlarında keçid balını toplamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edə bilərlər.