Bakı 15˚C Mostly sunny

"Distant işə son qoyulacaq" - Mask

Multimedia 16:45 10 noy, 2022
"Distant işə son qoyulacaq" -  Mask

Milyarder Elon Mask "Twitter" işçilərinə distant işin yekunlaşacağına dair göstəriş verib.

Qazet.az xəbər verir ki, "Twitter"in yeni sahibi işçilərə göndərdiyi e-poçtda onların həftədə ən azı 40 saat ofisdə işləyəcəyini deyib. (Bloomberg)

Xarici KİV məsələ ilə bağlı şirkət rəhbərliyi ilə əlaqə saxlasa da, yekun cavab hələ ki ala bilməyib. 

Mask iyun ayında sahibi olduğu "Tesla" şirkətinin işçiləri üçün də eyni addımı ataraq  əməkdaşlarına ofisə gəlmədən və ya evdə işləməyin qəbuledilməz olduğunu bildirib.