Doğulan əkiz, üçəm və dördəmlər
Cəmiyyət
11:15 17 okt, 2022
Azərbaycanda yanvar-avqust aylarında 2310 əkiz, 105 üçəm, 4 dördəm doğulub.
Dövlət Statistika Komitəsindən Qazet.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 83010 doğulan körpə qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,4-ə qədər artıb.
Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz olub.